Nazir: Azad olunmuş ərazilərdə 7 məktəb fəaliyyət göstərir

post-img

Azad olunan ərazilərə "Böyük Qayıdış" çərçivəsində Şuşa, Füzuli, Zəngilan, Laçın şəhər və rayonu, Tərtərin Talış və Suqovuşan ərazisində fəaliyyət göstərən məktəblərdə ümumilikdə 7 təhsil müəssisəsində 550 şagird və 84 müəllim heyəti var.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI qurultayındakı çıxışında deyib.

Nazir diqqətə çatdırıb ki, növbəti tədris ilində Ağdam, Cəbrayıl və Kəlbəcərdə məktəblərin istifadəyə verilməsi nəzərdə tutulur.

E.Əmrullayev pandemiya dövründə təhsilimizdə olan enişdən söz açaraq bildirdi ki, növbəti 5 ildə COVİD-19 pandemiyası dövründə itirdiklərimizi bərpa etməliyik.

Rizvan FİKRƏTOĞLU
XQ





Təhsil