Bakıda oğurluq edənlər saxlanılıb

post-img

Dekabrın 13-nə keçən gecə Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən ofislərin birindən 3 ədəd notbuk və 2 mobil telefon oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini R.İmanov saxlanılıb. 

Sabunçu Rayon Polis İdarəsi əməkdaşları isə Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabdakı 500 manatı oğurlamaqda şübhəli bilinən paytaxt sakini N.Rzazadəni müəyyən edərək saxlayıb.

Nizami RPİ-nin 23-cü Polis Bölməsinə də rayon ərazisində bir nəfərin mobil telefonunun quldurluq yolu ilə talanması barədə məlumat daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə  şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü T.Mürsəlov və Biləsuvar rayon sakini 1999-cu il təvəllüdlü A.Abdalov müəyyən olunaraq saxlanılıblar. 

Faktlarla bağlı araşdırma aparılır.

XQ

Hadisə