Elçin Babayev: Təcrübə keçmək kadr hazırlığında önəmli rol oynayır

post-img

Təcrübə keçən tələbəyə sənayedə diqqət lazımi səviyyədə olmur. Bu barədə düşünmək lazımdır. Tələbələr təcrübəyə selektiv şəkildə getməlidir, yoxsa hamı birdən göndərilməlidir? Çünki təcrübə keçmək kadr hazırlığında çox önəmli rol oynayır. 

XQ xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev "Təhsilin İnkişafı Forumu 2023"də çıxışı zamanı bildirib. 

Rektor qeyd edib ki, özəl şirkətlərin özləri kadr hazırlığında bilavasitə iştirak etmir. Yəni, maliyyə ayırmırlar. Hazır kadrların ən yaxşıları isə onlara qismət olur. Bu yaxşıdır. Amma özəl sektor da prosesdə iştirak etsə, kadr hazırlığına töhfə vermiş olar. Azərbaycanda kadr hazırlığının keyfiyyətinin artırılması üçün yeni ixtisaslar yaradılmalıdır və bu məsələdə çevik olmalıyıq.

Anar ƏLİ
XQ

Təhsil