Messi “Qızıl topa” gələcəkdə kimlərin sahib ola biləcəyini açıqlayıb

post-img

ABŞ-ın “İnter Mayami” klubunun və Argentina millisinin hücumçusu, Lionel Messi mətbuata açıqlamasında Haaland, Mbappe və Vinisiusu növbəti il üçün  “Qızıl top” mükafatının gələcək sahibləri olaraq gördüyünü bildirib.

XQ xəbər verir ki, bu barədə ulduz futbolçu “getfootballnewsfrance” müsahibəsində bildirib.

“Qızıl top” mükafatının son qalibi, həmçinin “Barselona”nın 16 yaşlı yarımmüdafiəçisi Lamin Yamalın da adını çəkib və onun artıq klubun əhəmiyyətli oyunçusu kimi diqqətləri üzərinə cəlb etdiyini bildirib.

Elçin ABBASOV
XQ

İdman