Sertifikatlaşdırma imtahanının nəticələri müəllimlərə göndərilib

post-img

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin nəticələri müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Bu barədə Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkə­zindən məlumat verilib.

Müəllimlər portal.edu.az platfor­masında yerləşən “Sertifikatlaşdır­ma” bölməsinə daxil olmaqla test im­tahanı nəticələri ilə tanış ola bilərlər.

Sertifikatlaşdırma prosesinin apellyasiya müraciətləri elektron qaydada həyata keçiriləcək. Təhsil­verənlər qanunvericiliyin tələblərinə müvafiq olaraq 1 ay müddətində şəxsi kabinetləri vasitəsilə apellyasi­ya müraciəti edə bilərlər.

“Xalq qəzeti”

Təhsil