İnstitutun rəhbəri Ali Məhkəmənin Elmi-məsləhət şurasına üzv seçilib

post-img

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 may 2023-cü il tarixli qərarı ilə Ali Məhkəmə yanında Elmi-Məsləhət Şurasının 12 nəfərdən ibarət yeni tərkibini açıqlanıb. 

Elmi-məsləhət Şurasının yeni seçilmiş tərkibinin sıralarında Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadənin adı da yer alıb.  

Qeyd edək ki, Elmi-məsləhət şurasının əsas fəaliyyəti məhkəmə təcrübəsində qarşıya çıxan problemlərin müzakirəsi, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı elmi araşdırmanın aparılması və təkliflərin hazırlanmasında Ali Məhkəməyə kömək göstərməkdən ibarətdir.

“Xalq qəzeti”

 

Təhsil