ATMU-da görüşlər davam edir

post-img

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ PİCASP layihəsinin ATMU üzrə layihə komandasının təşkilatçılığı ilə sənayedən olan mentor və müəllimlər arasında görüşlərin təşkili və müzakirələrin aparılması işi davam edir. 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Regional Olimpiya Mərkəzləri otellərinin rəhbəri Bahar Dadaşova və ATMU-nun Mehmanxana və restoran biznesi kafedrasının müəllimləri Samir Babazadə və Firuzə Raşovanın qatıldığı növbəti görüşün təşkililində başlıca məqsəd “Otel menecmenti” və “Otel işinin təşkili” fənlərinin məzmunu, təlim, öyrənmə və qiymətləndirmə metodlarının təkmilləşdirilməsi imkanları, adları qeyd olunan fənlərin layihə çərçivəsində kütləvi onlayn açıq kurslar (MOOC) formasında tədrisin təşkil olunmasıdır. 

Sənaye nümayəndələri və universitet müəllimlərinin iştirakı ilə keçirilən tədbirdə fənn üzrə materialların müzakirəsi, elektron proqram təminata yüklənilməsi ilə bərabər, tədrisin təşkili üzrə məsələlər də diqqətdə saxlanılıb.

Z.HÜSEYNOVA,
“Xalq qəzeti”

Təhsil