Mayın 27-də saat 18.00-da (Bakı vaxtı ilə), Azərbaycanın bir sıra diaspor nümayəndələrinin və əcnəbi tədqiqatçıların iştirakı ilə "Azərbaycan Xalq Cümhuriyyəti – milli və demokratik dəyərlər" adlı onlayn formatda beynəlxalq konfrans keçiriləcək.
Konfransa Azərbaycanla yanaşı, Türkiyə, Pakistan, Rusiya, Avstraliya, Yunanıstan, Gürcüstan, İordaniya, Ukrayna, Qazaxıstan, Hollandiya, Estoniya, İtaliya, Polşa, ABŞ, Kanada, Küveyt, İsveç, Tatarıstan, Macarıstan, Tacikistan, Qırğızıstan, İngiltərə, Finlandiyadan iştirakçılar qatılacaqlar.
Tədbirdə alim və tədqiqatçılar, o cümlədən diaspor fəalları cümhuriyyət dövrü ilə bağlı yeni və maraqlı məruzələrlə çıxış edəcəklər.
Anar Əli,
“Xalq qəzeti”