Suraxanıda Rayon İcra hakimiyyətinin əhali ilə keçirdiyi səyyar görüşlər davam etdirilir

post-img

Fevralın 18-də Suraxanı Rayonu İcra Hakimiyyətinin başçısı Adil Əliyev növbəti dəfə 97 nömrəli tam orta məktəbdə Əmircan qəsəbəsinin sakinləri ilə görüşüb.

Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla təşkil olunmuş görüşündə RİHB-nin müavini, şöbə və sektor müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

RİH başçısı Adil Əliyev çıxış edərək rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.

Daha sonra səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb. 

Anar Turan



Sosial həyat