Sabunçu sakinləri enerji təchizatından razıdır

post-img

Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin enerji təchizatının yaxşılaşdırılması məqsədilə göstəriş və tapşırıqlarına uyğun olaraq, “Azərişıq” ASC-nin rəhbərliyi və kollektivi son illər Bakı şəhərinin rayonları və şəhərətrafı qəsəbələrində əhalinin elekrik enerjisi ilə keyfiyyətli təchizatı istiqamətində ciddi işlər görür. Paytaxtın Sabunçu rayonunda bu istiqamətdə atılan addımlar çox sayda abonentlərin dərin razılığına səbəb olur. 

Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisi sayılan Zabrat qəsəbəsində gərginliyin azalması hallarının qarşısının alınması üçün yeni güc mərkəzləri yaradılmışdır. Belə ki, rayon ərazisində zədələnmiş 35, 10, 6 kV-luq yüksək gərginlikli hava xətləri yeniləri ilə əvəz olunmuşdur. Yeni metal dayaqlar torpağa basdırılaraq, onların ölçüləri genişləndirilərək dəyişdirilmişdir. 

Ramana və Şuşa qəsəbələrində elektrik güc mərkəzlərində xeyli miqdarda yararsız hala düşmüş sayğac qutuları dəyişdirilmiş, istismar müddəti keçən elektrik sayğacları yenilənmişdir. Balaxanı qəsəbəsində yüksək və alçaq gərginlik dayaqları rənglənmiş, enerji xətləri təzələnmişdir. Bakıxanov qəsəbəsində isə yer altında zədələnmiş 6, 10 kV-luq kabel xətlərinin əksəriyyəti təzə xətlər ilə əvəz olunmuşdur. 

Sabunçu qəsəbəsində yeni tikilən evlərə uyğun sənədlər əsasında güc mərkəzlərindən təhlükəsizlik qaydalarına əməl etməklə gərginlik verilmişdir. 

Bundan başqa, Sabunçu RETSİ-nin ərazisində olan iri tutumlu obyektlərin xeyli hissəsinə SMS sayğaclar quraşdırılmışdır. RETSİ-nin rəhbərliyi və kollektivi möhtərəm Prezidentin göstərişlərini rəhbər tutaraq, bundan sonra da öz öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirmək əzmindədir. 

XQ 

Sosial həyat