Bu ilin yanvar ayında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun "ağarması" prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 468 milyon manat olub.
XQ bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 % və ya 24,6 milyon manat çoxdur. O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 8,2 % artaraq 347,5 milyon manat olub.
Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 7,4 % artaraq 17,2 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,9 % artaraq 14,5 milyon manata çatıb.
İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 1 % artaraq 80,2 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2,4 % artaraq 62,4 milyon manat təşkil edib.

