Gömrük-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib

post-img

Tovuz Gömrük İdarəsinin təşəbbüsü ilə gömrük-biznes əməkdaşlığı çərçivəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib.

XQ xəbər verir ki, görüşdə “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 saylı Fərmanına, Bazel Konvensiyasına və Monreal Protokoluna dair təqdimat nümayiş olunub. Həmçinin idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlərlə bağlı müzakirələr aparılıb.

Yekunda sahibkarları maraqlandıran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, təklif və rəyləri dinlənilib, suallar ətraflı cavablandırılıb.





Sosial həyat