Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şahbuz rayonunun qalın qar örtüyü ilə əhatə olunan "Zərnətün dərəsi" adlanan ərazidə çöl heyvanlarının qida maddələrinə tələbatının qismən ödənilməsi məqsədilə biotexniki tədbir həyata keçirilib.
XQ xəbər verir ki, tədbir çərçivəsində çöl heyvanlarının sıx məskunlaşdığı, eyni zamanda qalın qar örtüyünün müşahidə olunduğu “Zərnətün dərəsi” adlanan əraziyə 50 kip qaba yem və 200 kiloqram daşduz dağıdılıb.
Fauna ehtiyatlarının mühafizəsi və artırılması məqsədilə keçirilən biotexniki tədbirlərin zərurət yarandığı digər ərazilərdə də davam etdirilməsi nəzərdə tutulur.






