Ombudsman vətəndaşların müraciətlərini dinləyib

post-img

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Bakıda növbəti dəfə vətəndaşlarla görüşüb.

Bu barədə XQ-yə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Ombudsman müraciət etmiş vətəndaşların hər biri ilə fərdi qaydada görüşüb, bəzi məsələlərin operativ həlli məqsədilə yerində zəruri tədbirlər görülüb. Araşdırma tələb edən digər məsələlərin nəzarətdə saxlanılacağı və mövcud qanunvericiliyin tələblərinə uyğun həll olunması istiqamətində müvafiq dövlət qurumlarına müraciət ediləcəyi diqqətə çatdırılıb.

Görüş zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib, eyni zamanda, müraciətlərə daha səmərəli və çevik şəkildə baxılması üçün Ombudsman Aparatında fəaliyyət göstərən “916” Çağrı Mərkəzi, elektron poçt ünvanları, poçt, faks, eləcə də sosial şəbəkələr vasitəsilə də müraciətlərin qəbul olunduğu onların diqqətinə çatdırılıb.



Sosial həyat