“YAŞAT” Fondu şəhid Ruslan Quliyevin ailəsinə dəstək göstərib

post-img

“YAŞAT” Fondu fəaliyyət istiqamətləri çərçivəsində dəstək tədbirlərini davam etdirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaaiyyətlə əlaqələr şöbəsindən XQ-yə verilən məlumata görə, şəhid Ruslan Quliyevin ailə üzvləri də Fondun qayğısı ilə əhatə olunublar.

Belə ki, şəhidin qızı Şəhanə atasının arzularını yaşadaraq 2025-ci ildə tələbə adını qazanıb. “YAŞAT” Fondu tərəfindən ona bu uğuruna görə ona 2 min manat məbləğində təhsil mükafatı təqdim olunub. Oğlu Nurlan isə 2025-ci ildə Fondun London şəhərində təşkil etdiyi yay məktəbində iştirak edib

Qeyd edək ki, Ruslan Quliyev 2015-ci ildən etibarən Azərbaycan Silahlı Qüvvələrinin Murovdağda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. O, 2020-ci il sentyabrın 27-dən etibarən Murovdağ istiqamətində döyüşlərə başlayıb. Ruslan Quliyev oktyabrın 11-də Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub.

Sosial həyat