TƏBİB-dən XQ-ə verilən məlumata görə, yanvarın 1-i saat 00:40 radələrində Şamaxı Rayon Mərkəzi Xəstəxanasında doğulan körpənin cinsi qız, çəkisi 3 kiloqram 200 qramdır.
Doğuş təbii yolla baş tutub. Hazırda ananın və yenidoğulmuşun vəziyyəti stabildir.
Körpə 2001-ci il təvəllüdlü ananın üçüncü övladıdır.

