Ucar rayon Boyat kənd tam orta məktəbində Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə könüllü fəaliyyətin təşkili”’ qrant müsabiqəsi çərçivəsində hazırlanan “Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə” kitabının təqdimatı keçirilib.
Kitabda ölkə üzrə ümumtəhsil orta məktəblərinin XI sinif şagirdləri, peşə və kollec tələbələri arasında Qərbi Azərbaycan mövzusunda təşkil olunmuş esse müsabiqəsinin qaliblərinin yazıları yer alıb.
Tədbirdə şair-publisist Fəxrəddin Meydanlı kitabın əhəmiyyətindən danışıb, onun ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini bildirib. O, məktəbin müsabiqədə qalib gəlmiş 5 şagirdinə – 2-ci yerlər üzrə Zeynəb Babayevaya və Xədicə İsraylovaya, 3-cü yerlər üzrə isə Müzəffər Niftəliyevə, Orucəli İsrayılova və Həmid Nəzərova “Dədə Ələsgər Ocağı”nın mukafatlarını təqdim edib.
XQ

