Dekabrın 12-də Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Babək rayonu ərazisində ayrılmış 1 hektarlıq sahədə keçirilən aksiyada Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, dövlət və hökumət nümayəndələri, eləcə də ekokönüllülər iştirak ediblər.
Aksiya çərçivəsində ərazidə quraqlığadavamlı və yerli iqlim şəraitinə uyğun 1800 üzüm tənəyi əkilib. Yeni salınan yaşıllıq sahəsində damcı suvarma sistemi qurulub.
Həmçinin bu gün keçirilən aksiya çərçivəsində Uzunoba su anbarı ətrafındakı badam bağında 600 yeni ting əkilib.
Səbuhi HƏSƏNOV
XQ


