Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev dekabrın 19-da Balakən rayonunda sakinləri qəbul edəcək.
XQ xəbər verir ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 10-16 dekabr tarixlərində Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

