İqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin Müşahidə Şurasının sədri Mikayıl Cabbarov 8 noyabr – Zəfər Günü ilə bağlı paylaşım edib.
O, bu barədə nazir "X" hesabında paylaşım edib.
"Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qətiyyətli mübarizəsi nəticəsində qazandığımız parlaq Zəfərin 5 illiyini böyük qürurla qeyd edirik", - deyə nazir bildirib.
Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ölkəmizin qlobal nüfuzunun artması, iqtisadi suverenliyinin möhkəmləndirilməsi və yüksək sosial rifah cəmiyyətinin bərqərar olması üçün möhkəm bünövrə formalaşdırıb: "Birliyimizin və qüdrətli dövlətimizin yenilməzliyini ifadə edən Zəfər Günü münasibətilə təbriklərimizi çatdırır, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. Yaşasın qüdrətli Azərbaycan!"

