“Euronews” telekanalında “Azerbaijan DIARY” proqramı çərçivəsində Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyəti haqqında reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, reportajda agentliyin kiçik və orta müəssisələrə uğur qazanmasına kömək etməklə yanaşı, həm də onlara inkişaf etmək üçün imkan verdiyi vurğulanır.
Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Beynəlxalq Əməkdaşlıq şöbəsinin baş mütəxəssisi Humay sözlərinə görə: “Burada KOBİ evində xidmət göstəririk. Həm dövlət, həm də özəl qurumlar tərəfindən xidmət göstəririk. Agentliyin əsas məqsədi KOBİ-lərin payını və ölkənin ÜDM-ni artırmaqdır. Gənc sahibkarların dəstəklənməsi alətlərindən biri startap sertifikatlarıdır. Bu sertifikatlar onları üç il müddətinə vergidən azad edir. Dövlət və ictimai xidmətlərə çıxışın əldə edilməsi mümkün olan onlayn platforma da var”.
2017-ci ildə yaradılmış KOBIA dövlət və özəl xidmətləri vahid mərkəzdə birləşdirir, maliyyələşdirmə, təlim və biznes dəstəyinə sadələşdirilmiş çıxış təklif edir.
“Brightman BMC LLC” qida istehsalı fabrikinin sahibi Afət Əhmədova özünü belə bir canlı nümunələrdən biri kimi təqdim edir: “Mən qadın sahibkaram, ixracatçıyam və KOBİ nümayəndəsiyəm. Biz qədim və ənənəvi mürəbbə reseptlərini, meyvə konservlərini və souslarını bərpa etmişik. Bizim daim müxtəlif xidmətlərə ehtiyacımız var. KOBİA kiçik brendləri supermarket rəflərinə gətirən xüsusi infrastruktur yaradıb. Onlar bizə marketinq planları hazırlamağa kömək edirlər”.
Humay Əhmədbəyli qeyd edir ki, sahibkarlar agentliyə gələrək bütün xidmətlərdən yararlanırlar: “Bu, onların vaxtına qənaət edir, müxtəlif dövlət qurumlarının və nazirliklərin, bankların, özəl şirkətlərin, beynəlxalq təşkilatların nümayəndələri ilə ünsiyyət qurmaq imkanı yaradır”.