Yay mövsümünün anomal isti və quraqlı keçməsi nəzərə alınaraq Gəncə şəhərində yaşıllıqların qorunması məqsədilə suvarma işləri gücləndirilib.
Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən su çiləyici maşınlar vasitəsilə gündəlik suvarma işləri aparılır. Bununla yanaşı, bir çox ərazidə qurulmuş müasir damcı və çiləmə üsulu ilə suvarma sistemləri də fasiləsiz fəaliyyət göstərir.
Hazırda şəhərin prospektləri, küçələri, yol kənarları, park və xiyabanlarında yerləşən yaşıllıq sahələrinə mütəmadi olaraq aqrotexniki qulluq göstərilir. Görülən işlər yüksək temperaturun ağaclara, kollara, güllərə və qazona vurduğu təsirləri minimuma endirməyə xidmət edir.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə