730 kiloqram çəkidə çətənə kolu məhv edilib

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 31-də ümumi çəkisi 20,5 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. 

Məlumatı Dİn-in mətbuat xidməti verib. 

Bundan əlavə, kultivasiya yolu ilə yetişdirilmiş 28 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 730 kiloqram çəkidə 4566 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Sosial həyat