Narkotiklərin dövriyyəsinə qarşı mübarizə davam edir

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 23-də ümumi çəkisi 20,6 kiloqramdan artıq narkotik vasitə ələ keçirilib. 

Bu barədə DİN məlumat yayıb. 

Məlumatda bildirilir ki, bundan əlavə, 1992 ədəd psixotrop tərkibli həb götürülüb, yabanı halda bitmiş 3 tondan artıq çəkidə 16619 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Sosial həyat