Səyyar “ASAN xidmət” bölgələrdə

post-img

Səyyar “ASAN xidmət” iyul ayı ərzində Hacıqabul, Gədəbəy, Oğuz, Qusar, Yardımlı, Tərtər, Göyçay, Zaqatala və Xırdalanda vətəndaşlara xidmət göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən mətbuata bildirilib ki, səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Qeyd edək ki, hazırda Gədəbəydə səyyar “ASAN xidmət”in iş qrafiki saat 11-dan 17-dəkdir.

XQ

Sosial həyat