İyunun 18-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 113, o cümlədən borclu şəxs qismində axtarışda olan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 30 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.
P.ƏMİRCANOV
XQ