Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 4-də Lənkəran, Lerik və Astara rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Qurumdan XQ-yə bildirilib ki, qəbul saat 11:00-da Astara rayon Heydər Əliyev Mərkəzində (ünvan: Astara şəhəri, İstiqlaliyyət küçəsi, 26b) keçiriləcəkdir.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran regional bölməsinə (əlaqə vasitələri: (050) 380 27 43, (025) 255 39 84, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.