Şəkərli, qazlı sular, insanın canın alar

post-img

Kolbasa və sosis anormal hüceyrə bölünməsinə səbəb olduğu üçün xərçəng yaradan qidalar siyahısındadır. Amma ondan da zərərli və təhlükəli qida var imiş.

Onkoloq İvan Karasev anormal hüceyrə bölünməsinə səbəb olan qidaları açıqlayıb:

“Xarici tədqiqatçıların son işlərinə görə, 2-ci tip şəkərli diabet xəstələrinin kolorektal xərçəngə tutulma riski belə diaqnozu olmayanlara nisbətən 47 faiz daha yüksəkdir. Bu da onu göstərir ki, qanda şəkərin səviyyəsinin artması xərçəng hüceyrələrinin böyüməsinə şərait yaradır. Qlükoza onların əsas “yanacaq” mənbəyidir. Xərçəng hüceyrələri qlükozanı normal hüceyrələrdən 200 dəfə sürətli istehlak edirlər”.

Mütəxəssisin izah etdiyi kimi, müntəzəm olaraq şirin içkilər qəbul edən insanların telomerlərinin daha qısa olduğuna dair sübutlar var. Bunlar DNT-ni bir-birinə yapışmaqdan və məhv olmaqdan qoruyan strukturlardır. Daha sürətli hüceyrə bölünməsi xroniki xəstəliklər və onkologiya riskini artırır.

O, əlavə edib ki, mədə-bağırsaq şişlərinin inkişafı üçün əsas 3 şərt müəyyən edilib. Bu, qan şəkəri və insulin səviyyəsinin artması və iltihab prosesidir. Həkimin sözlərinə görə, şəkərli diabet toxumalarda sərbəst radikalların toplanması zamanı oksidləşdirici stress yaradır. Onlar DNT zədələnməsinə və onkogenlərdə mutasiyalara səbəb olur. Mədə-bağırsaq xərçəngi olan hər beşinci şəxs şəkərli diabetdir.

Kolbasa yeməyə gəlincə, bir qayda olaraq, ən zərərli hisə verilmiş “dadlı” məhsulları insanlar hər gün yemir. Ancaq çoxları eyni qazlı içkini isti havalarda olduqca tez-tez içirlər. Ona görə də şəkərli, qazlı sular kolbasadan da təhlükəlidir, çünki ucuz olduğu üçün əlçatandır.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat