Rəsulzadə yad edildi....

post-img

Türkiyədə fəaliyyət göstərən Azərbaycan Elm Adamları Dərnəyinin rəhbəri,  Bilkent Universitetinin professoru Əmirulla Məmmədov  28 may Müstəqillik günündə  görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin qəbrini ziyarət edib. Onun paylaşdığı məlimatda deyilir:

- Hər il olduğu kimi 28 may Müstəqillik günündə  ümmətdən millət, əyalətlərdən  dövlət  yaradan, müstəqil Azərbaycanın qurucularından   olan mərhum Məmməd Əminin  Ankara Cəbəci Əsri qəbiristanlığında məzarı başında idim. Azərbaycanın bütün qurucularını yad etdim, nur içində uyusunlar. Fatihəmi oxudum, məzarı üzərinə güllər  düzdüm.  Unudulmursan, unudulmazsan. Ey böyük insan, biz azərbaycanlılarin gələcək tarixində həmişə var olacaqsan.

Qeyd edək ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan  xalqının həyatına əlamətdar hadisə kimi əbədi daxil olmuşdur. Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra AXC-nin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır. Dövlət müstəqilliyinin bərpasından sonra  bu tarix dövlət bayramı -  Respublika Günü kimi təntənə ilə qeyd edilib, 15 oktyabr 2021-ci ildən isə  adı dəyişdirilərək Müstəqillik Günü olmuşdur. AXC Azərbaycan Milli Şurasının ilk sədri Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Ömrünün sonunadək Azərbaycanın müstəqilliyinin bərpa olunması uğrunda istiqlal mübarizəsini davam etdirən Rəsulzadə 1955-ci il mart ayının 6-da Ankarada vəfat etmiş və şəhərin Əsri qəbristanında dəfn olunmuşdur. 

XQ

 

Sosial həyat