Rusiya qastroenteroloqu və hepatoloqu Sergey Vyalov bədəndə dəmir çatışmazlığının əlamətlərini belə sıralayıb:
– Zəiflik, yuxululuq, artan yorğunluq;
– təbaşir, gil, diş tozu və s. yemək arzusu;
– baş ağrısı, baş gicəllənməsi;
– benzin, aseton, lak, boya qoxularına asılılıq;
– solğunluq, quruluq, ağızın künclərində çatlar, yaraların uzun müddət sağalmaması;
– kövrək dırnaqlar;
– saç tökülməsi və kövrəklik;
– ağız boşluğu və mədə-bağırsaq traktının xəstəlikləri;
– sürətli ürək döyüntüsü, ürək ağrısı, nəfəs darlığı, şişkinlik.
Həkim deyib ki, yüksək dəmir təkcə ətdə, qaraciyərdə deyil. O, belə məhsulların ilk 5-nin siyahısını da tərtib edib. Bildirib ki, çox adam dəmir axtarışındadır, çünki anemiya geniş yayııb. Lakin onun hansı məhsullarda nə qədər olduğunu bilmirlər. S.Vyalovun siyahısına görə, 100 qramında yüksək dəmir olan ilk 5 qida küncüt (16 mq), dəniz yosunu (16 mq), buğda kəpəyi (14 mq), mərcimək (11,8 mq), qarabaşaq yarmasıdır (8,3 mq).
Ş.Vyalov bildirib ki, enerji və yağ kimi, dəmirin də saxlandığı bir maddə olan “ferritin”dən dəmir əldə etmək mümkündür.
Z.HÜSEYNLİ
XQ