Polis narkotiklərə qarşı növbəti əməliyyatlar keçirib

post-img

Cəlilabad, Yevlax və Xəzər rayonlarında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. 

Məlumatı DİN Mətbuat Xidməti verib. 

Tədbirlər zamanı 62 yaşlı M.Mirzəyev, 44 yaşlı R.Müsatayev və həmyaşıdı E.Aslanov saxlanılıblar. Onlardan 4 kiloqramdan artıq narkotik vasitə olan marixuana və 2 kiloqramdan artıq psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. 

Araşdırma aparılır.

P.ƏMİRCANOV
XQ

Sosial həyat