Paytaxtda zədələnən ağacların yerinə yeni ağaclar əkilir

post-img

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində paytaxt rayonlarında mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəlmiş birgə reydlər davam edir. 

Qısa müddət ərzində yerli İcra qurumlarının əməkdaşları və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən paytaxtın bir sıra rayonlarında səkilərin, buradakı ağacların və yaşıllıqların vəziyyəti monitorinq edilib, qurumuş və ya güclü külək,  digər təbii səbəblərdən sınan, zədələnən ağaclar müəyyən edilib və həmin ağacların yerinə yeni ağacların əkilməsi qərara alınıb.

Qeyd edilənlərlə əlaqədar “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ilə birgə paytaxtın müxtəlif rayonunlarında küçələr boyunca zədələnən ağacların yerinə yeni ağac əkilməsi ilə bağlı aksiya keçiriblər. Zədələnən 100-dən çox ağacların kök hissəsi çıxarılıb, yerində yeni ağaclar əkilərək onlara aqrotexniki qulluq göstərilib. Bu ağaclara gələcəkdə qulluq göstərilməsi və suvarılması üçün cavabdehlər müəyyən edilib.

Bu işlər digər ərazilərdə də davam etdiriləcəkdir. 

 

 







Sosial həyat