Təzyiqə dərman – gündə 1 banan...

post-img

Yüksək qan təzyiqi bu gün ən çox yayılmış xroniki sağlamlıq problemlərindən biridir. Həyat tərzi, qidalanma və streslə birbaşa əlaqəli olan bu narahatlıq infarkt və insult kimi ciddi xəstəliklərə səbəb olur.

Mütəxəssislərin fikrincə, bananın tərkibindəki yüksək kalium qan təzyiqini tarazlaşdırmağa kömək edir. Kalium bədəndəki natrium balansını tənzimləyir, damarların genişlənməsinə və qan təzyiqinin normal səviyyədə qalmasına imkan verir. Bu, bananın hipertoniya zamanı faydalı meyvə olduğunu göstərir. 

Dietoloqlar bildirirlər ki, gündə bir banan yemək kalium ehtiyacını ödəyir. Ancaq tərkibində yüksək şəkər olduğu üçün həddindən artıq yemək məsləhət deyil. Xüsusilə şəkərli diabet xəstələri banan qəbul edərkən ehtiyatlı olmalıdırlar. 

Banan kaliumla zəngin olsa da, yüksək təzyiqi tam endirmir. Duz miqdarının azaldılması, müntəzəm məşq, su qəbulu və dərman müalicəsi də vacibdir. 

Gündə bir orta ölçülü banan yemək kifayətdir. Yetişmiş banan şirin olduğundan az yeyilməlidir. 

Sidikqovucu dərman qəbul edən xəstə kalium preparatları ilə bağlı həkimə müraciət etməlidir. Banan qan təzyiqi xəstəsi üçün sağlam pəhrizin bir hissəsi kimi təbii əlavə ola bilər. Ancaq hər bir fərdin sağlamlığı fərqli olduğundan, pəhrizdə dəyişiklik etməzdən əvvəl mütəxəssislə məsləhətləşmək lazımdır.

Z.HÜSEYNLİ 

XQ

Sosial həyat