ABŞ tarifləri səbəbindən qlobal avtomobil istehsalı 2% azalacaq

post-img

ABŞ-ın xarici mallara gömrük rüsumlarının tətbiqi nəticəsində bu il qlobal avtomobil istehsalı 2% azalaraq 87,9 milyon ədəd təşkil edəcək. Ötən illə müqayisədə 1,55 milyon az avtomobil istehsal olunacaq. Bu barədə S&P Global Mobility-nin proqnozunda deyilir.

Nikkei Asia bu il ABŞ-da avtomobil satışlarının 3% azalacağını təxmin edir. Bundan əvvəl ABŞ-da hər il təxminən 16 milyon avtomobil satılırdı. Çindən sonra ikinci ən böyük bazardır. Eyni zamanda, ABŞ-da satılan avtomobillərin demək olar ki, yarısı xaricdən gətirilir. Bundan əlavə, ABŞ avtomobil hissələrinin 30%-dən 60%-ə qədərini idxal edir.

Aprelin 3-dən etibarən ABŞ-a idxal edilən bütün avtomobillərə 25% rüsum tətbiq olunur. Mayın 3-dən idxal olunan avtomobil hissələrinə də tariflərin tətbiq ediləcəyi planlaşdırılır. Bununla belə, Wall Street Journal yazır ki, ABŞ administrasiyası istehsalçılara bir il ərzində ABŞ istehsalı olan avtomobilin dəyərinin 3,75%-nə bərabər olan məbləğdə bu tariflərə görə güzəştlər almağa icazə verəcək. İkinci ildə kompensasiya avtomobilin dəyərinin 2,75%-nə endiriləcək, sonra isə ləğv ediləcək.

S.ELAY

XQ

Dünya