Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Məlumatı DİN mətbuat xidməti verib.
Aprelin 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 qumbara, 3 tüfəng, 1 patron darağı və 407 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
P.ƏMİRCANOV
XQ