Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

post-img

 

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. 

Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda “Sürüşkən yol” işarəsi qoyulub. 

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

P.ƏMİRCANOV

XQ

Sosial həyat