Bakının məscidlərində bayram namazı qılınıb

post-img

Müqəddəs Ramazan bayramı münasibətilə martın 30-da Bakıda bayram namazı qılınıb.

AZƏRTAC xəbər verir ki, bayram namazının qılınmasına Əjdərbəy məscidində saat 8.00-da, Təzəpir məscidində isə saat 9.00-da başlanılıb.

Bayram namazına Azərbaycanda yaşayan xarici ölkə vətəndaşları da qatılıblar.

Namazın ardından dualar edilib, dünyamıza sülh, ölkəmizə əmin-amanlıq, xalqımıza firavanlıq arzulanıb. Allahdan Ordumuza güc-qüvvət, yaralılara şəfa, şəhidlərimizə rəhmət dilənib.

Sosial həyat