Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

post-img

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədə Ramazan bayramı münasibətilə paylaşım edib.

Paylaşımda qeyd olunub:

“Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Uca Tanrı etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, dünyamıza əmin-amanlıq və xoş günlər bəxş etsin!”.

 

 

Rəsmi xronika