14 iyun 2024-cü il tarixdən etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində, Bakı KOB evində (yalnız Dövlət Vergi Xidməti tərəfindən göstərilən xidmətlər ilə bağlı) növbədə gözləmədən vergi ödəyicilərinin onlara uyğun tarixdə və vaxtda Dövlət Vergi Xidmətinin xidmətlərindən yararlanmaları üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində vergi ödəyicilərinin xidmət mərkəzlərinə əvvəlcədən onlayn növbəyə yazılma elektron xidməti (https://new.e-taxes.gov.az/eportal/az/online-queue) istifadəyə verilmişdir.
Onlayn növbənin əldə olunması, dəyişdirilməsi və ləğv edilməsi ilə bağlı elektron xidmətin istifadəçi təlimatı ilə https://www.taxes.gov.az/uploads/2024/OnlaynNovbe.pdf internet ünvanı üzrə tanış ola bilərsiniz.