İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyevin iştirakı ilə Naxçıvan və Ordubad şəhərlərində vergi ödəyiciləri ilə görüşlər keçirilib.
Vergi ödəyicilərinin vergi və sığorta qanunvericiliyi və inzibatçılığı sahəsində rastlaşdıqları çətinliklərin və bu istiqamətdə təkliflərinin öyrənilməsi məqsədilə keçirilmiş görüşlərdə kiçik, orta və iri sahibkarlıq subyektlərinin nümayəndələri iştirak ediblər.Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyev baş idarənin yaradılmasında əsas məqsədin vergi ödəyicilərinin hüquqlarının qorunması üçün preventiv tədbirlərin görülməsi olduğunu bildirib və bu sahədə səmərəliliyin artırılması üçün həyata keçirilən tədbirlər barədə danışıb.
Görüşlər zamanı Dövlət Vergi Xidmətinin internet saytında yeni yaradımış “Vergi ombudsmanı” bölməsinin təqdimatı keçirilib. Sahibkarlar vergi və sığorta qanunvericiliyi və inzibatçılığı ilə bağlı rastlaşdıqları çətinliklərlə bağlı fikirlərini, suallarını və təkliflərini səsləndiriblər.
Naxçıvan və Ordubad şəhərlərində keçirilmiş görüşlər zamanı tədbirlərdən öncə vergi orqanlarına edilən müraciətlərə dair sahibkarlar arasında real rejimdə keçirilmiş sorğunun nəticələri müzakirə edilib, əlavə interaktiv sorğular aparlıb, iştirakçılara fikirlərini anonim formada çatdırmaq imkanı yaradılıb.
XQ