Rəsulzadə yad edildi....

post-img

Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin rəhbəri,  Bilkent Universitetinin professoru Əmirulla Məmmədov Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin qəbrini ziyarət edib. Onun paylaşdığı məlimatda deyilir:

- Hər il olduğu kimi 6 martda ümmətdən millət, əyalətlərdən  dövlət və  vətən yaradan, müstəqil Azərbaycanın qurucularından   olan mərhum Məmməd Əminin  Ankara Cəbəci Əsri qəbiristanlığında məzarı başında idim. Fatihəmi oxudum, Azərbaycanın bütün qurucularını yad etdim, məzarı üzərinə qırmızı qərənfillər  düzdüm. Nur içində uyusunlar. Unudulmursan, unudulmazsan. Ey böyük insan, biz azərbaycanlılarin gələcək tarixində həmişə var olacaqsan.

Qeyd edək ki, ömrünün sonunadək Azərbaycanın müstəqilliyinin bərpa olunması uğrunda istiqlal mübarizəsini davam etdirən Rəsulzadə 1955-ci il mart ayının 6-da Ankarada vəfat etmiş və şəhərin Əsri qəbristanında dəfn olunmuşdur. 

XQ



Sosial həyat