Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2025-ci ilin fevral ayı ərzində 2 775 vətəndaş müraciəti cavablandırılıb.
Müraciətlərin 846-sı ünvanlı dövlət sosial yardımı, 674-ü pensiya təyinatı, 764-ü sosial müavinət və təqaüd, 54-ü sosial sığorta və fərdi uçot, 437-si isə digər istiqamətlər üzrə olub.