Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi təhsildə və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 100 tələbəyə adlı təqaüd təqdim edib.
Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin vətənpərvər ruhda böyüməsi, yüksək ixtisaslı kadr kimi formalaşması istiqamətində görülən işləri qeyd edib. Heydər Əliyev Fondunun Azərbaycan gəncliyinin inkişafında xidmətlərini vurğulayan AHİK sədri Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə elm, təhsil, mədəniyyət, səhiyyə, idman sahələrində uğurlu layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.
Qeyd edilib ki, Konfederasiya dövlətin gənclər siyasətinə fəal dəstək verir, bu istiqamətdə müxtəlif tədbirlər və layihələr həyata keçirir. Belə layihələrdən olan “Adlı təqaüd”ün tələbə gənclərin elm və təhsilə marağının artmasına əhəmiyyətli töhfə verir.
Sonda “Adlı təqaüd”ə layiq görülən tələbələrə hədiyyələr təqdim olunub.
XQ