BDU ilə Türkiyənin Kırşehir Ahi Evran Universiteti əməkdaşlıq edəcək

post-img

Türkiyənin Kırşehir Ahi Evran Universitetinin rektoru Mustafa Kasım Karahocagilin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-dan XQ-ə bildirilib ki, rektor Elçin Babayev qonaqlara universitetin tarixi, fəaliyyəti, strukturu, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, BDU Türkiyənin nüfuzlu universitetləri ilə sıx əməkdaşlığa malikdir. Kırşehir Ahi Evran Universiteti ilə də elm və təhsil sahəsində müxtəlif əməkdaşlıq imkanları mövcuddur.

Kırşehir Ahi Evran Universitetinin rektoru Mustafa Kasım Karahocagil rəhbərlik etdiyi universitetin əsas fəaliyyət istiqamətləri barədə danışıb. O, universitetin hazırladığı daxili keyfiyyət təminatı sistemini təqdim edib.

Daha sonra iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum birgə tədqiqat layihələrinin həyata keçirilməsi, tələbələrin, tədqiqatçıların, akademik və inzibati heyətin mübadiləsini, ortaq akademik proqramların yaradılmasını, akademik mobilliyin artırılmasını nəzərdə tutur. Hər iki universitet müştərək konfranslar, seminarlar və digər elmi tədbirlər təşkil edərək, bilik və təcrübə mübadiləsini gücləndirəcək.





Sosial həyat