“Məzunların məşğulluq reytinqi” e-platforması ABŞ-də yerləşən “World Future Awards” beynəlxalq proqramının mükafatına layiq görüldü

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Məzunların məşğulluq reytinqi” platforması ABŞ-də yerləşən “World Future Awards” beynəlxalq proqramının “World Future Awards 2024” beynəlxalq müsabiqəsində iştirak edib. 

Beynəlxalq münsiflər tərəfindən platformanın imkanları, təqdim etdiyi analitik məlumatlar, abituriyentlər və Universitetlər, onların məzunları üçün yaratdığı imkanlar yüksək qiymətləndirilib. 

Beləliklə, “Məzunların məşğulluq reytinqi” platforması “Texnologiya” kateqoriyasında mükafata layiq görülüb. 

“World Future Awards” beynəlxalq proqramı texnologiya, innovasiya, süni intellekt və digər sahələrdə mühüm nailiyyətlərin qlobal miqyasda tanınmalarını təmin edir. 

“Məzunların Məşğulluq Reytinqi” platformasının hazırlanmasında məqsəd abituriyentlərin ali təhsil müəssisələri məzunlarının məşğulluq imkanlarına dair məlumatlılığının təmin ediilməsi və məzunların məşğulluq reytinqi xəritəsinin yaradılmasıdır.

 

Sosial həyat