Moldovada verilən sürücülük vəsiqələri Birləşmiş Ərəb Əmirliklərində tanınacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Moldovanın xəbər agentliyi olan “Moldpres” məlumat yayıb. Bildirilib ki, hökumət bu gün iki dövlət arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasına və dəyişdirilməsinə imkan verəcək anlaşma memorandumunun imzalanmasını təsdiqləyib.
Sazişin məqsədi BƏƏ-də olan Moldova vətəndaşları üçün sürücülük vəsiqələrinin tanınması ilə bağlı prosedurları sadələşdirmək və sürətləndirməkdir.
Moldovanın Daxili İşlər Nazirliyindən bildirilib ki, saziş Birləşmiş Ərəb Əmirlikləri ilə ikitərəfli əlaqələrin qurulması və təşviqi üçün mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, təşəbbüs Moldovanın 2024-2026-cı illər Milli İnkişaf Planının məqsədlərinə uyğunlaşdırılıb.