“Himayədar ailə” maarifləndirməsi
“Himayədar ailə” qayğı modeli və övladlığagötürmə sahəsində, həmçinin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə altsistemi” ilə bağlı məlumatlılığın artırılması məqsədilə maarifləndirici bukletlər hazırlanıb.
Bukletlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin, Sosial Xidmətlər Agentliyinin qəbul şöbələrində və DOST mərkəzlərində vətəndaşlara paylanılıb.
1 həftədə 170 məşğulluq
Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” iştirakçılarının aktivlərlə təminatı davam edir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidən XQ-yə bildirilib.
Qeyd edilib ki, layihə üzrə son bir həftədə daha 170 işsiz və işaxtarana aktivlər təqdim edilib və onlar aldıqları aktivlər hesabına kiçik təsərrüfatlarını qurublar. Özünüməşğulluq proqramının genişlənməsinə dəstək olan layihə həssas əhali qruplarının – əlillər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və digərlərinin kiçik biznesə çıxışına dəstək verir.
Bir qaydaya olaraq layihəyə cəlb olunanlar üçün ilkin mərhələdə biznes təlimlər təşkil olunur. Təlimləri uğurla bitirənlərə seçdikləri istehsal və xidmət sahələri üzrə təsərrüfatlarını qurmaları üçün avadanlıqlar verilir.
Z.HÜSEYNOVA
XQ