Xalq təbabəti ilə məşğul olan həkimlər bəzi xəstələrə kartof suyu içməyi tövsiyə edirlər. Bildirirlər ki, bu şirə turşuluğu azaldaraq mədənin pH səviyyəsini tənzimləyir. Bu, xüsusilə mədə yanması hissi və qastrit kimi problemlər yaşayan şəxslər üçün faydalıdır.
Kartof suyunda olan antiinflamatuar xüsusiyyətlərə malik olan bəzi maddələr mədə-bağırsaq sistemindəki iltihabı azaldır. Mədənin selikli qişasını qoruyur. Bağırsaqların hərəkətini nizamlayaraq həzmi yaxşılaşdırmağa kömək edir. Kartof suyu, orqanizmə zərər verən sərbəst radikalları və toksinləri təmizləyərək bədənin detoksifikasiya prosesini dəstəkləyir, bəzi qadın xəstəliklərində kömək edir.
Kartof suyu içməyin bəzi riskləri də var. Belə ki, kartof suyu birdəfəyə çox miqdarda içildikdə onda olan solanin adlı maddə zəhərlənməyə səbəb olur. Ona görə şirə çəkərkən kartofu təmizləmək və yaşıl hissələrini çıxarmaq vacibdir.
Bəzi insanlarda kartof suyu içərkən allergiya yarana bilər. Bu, nadir hallarda olsa da, şişkinlik, qızartı və hətta qıcolmalar kimi reaksiyalara səbəb ola bilər.
Z.HÜSEYNLİ
XQ