Qanunsuz silah-sursatla bağlı əməliyyat və profilaktik tədbirlər davam etdirilir

post-img

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. 

Məlumatı DİN mətbuat xidməti verib. 

Yanvarın 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 4 qumbara, 1 pulemyot, 5 alışdırıcı, 6 tüfəng, 6 patron darağı və 246 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

P.ƏMİRCANOV
XQ

 

Sosial həyat