Kulinarlar yubileyə hazırlaşırlar

post-img

“Xanədan” etno-restoranında Azərbaycan Milli Kulinariya Assosiasiyasının toplantısı keçirilib. 

Azərbaycan Milli Kulinariya Assosiasiyasının və TÜRKSOY-un “Türk Dünyası Mətbəx Kültürü Elmi və Sənətləri Birliyi”nin prezidenti Tahir Əmiraslanov qurumun 2024-cü ildə gördüyü işlərlə bağlı geniş məlumat verib. İştirakçılar, həmçinin Assosiasiyanın 40 illik yubileyi ilə əlaqədar və 2025-ci il üçün nəzərdə tutulmuş tədbirlər planı haqqında məlumatlandırılıblar. 

Peşəkar Qənnadıçılar İctimai Birliyi, Qərbi Azərbaycan İcması, media nümayəndələri və digər ictimai təşkilatlar assosiasiya ilə fəal əməkdaşlığa görə “Təşəkkürnamə”lərlə təltif olunublar. Mükafatlandırılanlar arasında “Xalq qəzeti”nin müxbiri Fidan ­Salmanova da var. 

Toplantıda Azərbaycan milli mətbəxinə aid yemək və şirniyyat növlərinin Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin portalında ermənilərin qeyri-maddi mədəni irsi və erməni-yezidi xörəkləri kimi təqdim olunmasına qarşı bəyannamə qəbul edilib. 

XQ

 











Sosial həyat